Vacancies
XB

Risklərin İdarə Edilməsi İdarəsinin Risk nəzarəti və hesabatlıq şöbəsinin aparıcı/böyük/baş mütəxəssisi

Xalq Bank

Təsvir Bankda risklərin idarə edilməsi prosesisinin çərçivəsini müəyyən edən normativ sənəd bazasını hazırlamaq; Risklərin idarə edilməsi və nəzarət proseslərinə koordinasiya və kommunikasiyanı təşkil etmək; Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və minimallaşdırılması üzrə metod və modellərin seçilməsi, tətbiqi üçün təkliflər vermək və qərarların qəbul olunmasında iştirak etmək; RCM yaradılması və davamlı nəzarəti prosesini həyata keçirmək; İnsidentlərin idarə edilməsi prosesində müvafiq struktur bölmələrdən məlumat və sənədlərin toplanması, analitik təhlil və səbəblərinin araşdırılmasını təmin etmək; Yaradılan yeni məhsul/xidmət, biznes proses, layihələrin risk əsaslı təhlilində iştirak etmək və qarşısının alınması üzrə təkliflər vermək; Bankda tərtib edilən yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklərə riskin müəyyən olunması və qarşısının alınmasına dair rəy vermək; Bankda risk mədəniyyətinin artırılması məqsədilə maarifləndirmə işlərini həyata keçirmək; Risklərin idarə edilməsinə dair hesabatlıq, məlumat və sənədlərin hazırlanmasını təşkil etmək; İdarənin və Bankın Riskləri İdarəetmə Komitəsinə müzakirəyə təqdim olunan məsələləri kordinasiya etmək və müvafiq məlumatların Komitəyə tam və dolğun şəkildə təqdimatını təşkil etmək; Strateji risklərin idarə edilməsinə dair proseslərdə iştirak etmək, rəy və təkliflər vermək; Risklərin idarə edilməsi, insidentlərin idarə edilməsi sistemi və nəzarət tədbirlərinin effektivliyinin artırılması üçün təkliflər vermək;

Requirements

  • İqtisadiyyat və maliyyə sahəsi üzrə magistr təhsili;
  • Xarici dil bilikləri (ingilis dili -zəruri);
  • MS Ofis proqramları ilə işləmə bacarığı;
  • Digər proqram təminatları ilə işləmə arzuolunandır.
  • Bank və ya maliyyə sahəsində azı 3-6 il iş təcrübəsi;
  • Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik bilikləri;
  • Müvafiq sahəyə dair ölkədaxili bank qanunvericilik və digər aktlar üzrə biliklər, habelə beynəlxalq nəzəri və praktiki biliklər;
  • İşdə dəqiqlik və detallara fikirvermə bacarığı;
  • Analitik düşünmə, mühakimə, koordinasiya və hesabatlarla işləmə bacarıqları;
  • Ünsiyyət və əməkdaşlıq bacarığı;
  • ERM üzrə təcrübə, bilik və bacarıqlar;
  • ESG üzrə biliklər arzuolunandır;
  • CERM, ISO 31000, PRM, CFA, FRM və ya risklərin idarə edilməsinə dair digər beynəlxalq sertifikatların olması arzuolunandır.
  • Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər
Back