Vacancies
A-

Satınalma üzrə kiçik mütəxəssis

Az - Granata LLC

İş barədə məlumat: Portfelində olan şirkətlərin satınalma fəaliyyətini yoxlamaq və alışlara nəzarət etmək; Alışların aylıq analizləri, onların hesabat formasının hazırlanması və təqdimatı; Lazımi materialları/xidmətləri daxili bazarda tədarük etmək, qiymətləndirmə aparmaq və xərcləri optimallaşdırmaq üçün təkliflər vermək; Loqistikanın təşkili üçün şirkətlərə dəstək olmaq və qiymətini araşdırmaq; Mallar üzrə texniki məlumat vermək və qiymət araşdırmasını aparmaq; Tədarükçülərlə müqavilələrin bağlanmasına portfelindəki olan şirkətlərə dəstək olmaq; Müqavilənin icrasına aid olan sənədlərin dövriyyəsinə nəzarət etmək; Davamlı və başa çatdırılmış işlər barədə vaxtaşırı hesabatlar hazırlamaq; Satınalma fəaliyyəti və xərcləri barədə hesabatlar vermək; Kataloqlar və internet kimi mənbələrdən istifadə etməklə, tədarükçüləri müəyyən etmək və sifariş ediləcək məhsullar barədə məlumat toplamaq üçün onlarla söhbət aparmaq; Potensial tədarükçülər arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək.

Requirements

  • Maliyyə, təchizat, logistika üzrə ali təhsil;
  • Kompüter bacarıqları: MS Office proqramları (Excel,Word, Outlook proqramlarını yaxşı bilməli);
  • Əlaqəli sahədə 6 aydan 2 ilə qədər iş təcrübəsi;
  • Azərbaycan dilində rəsmi danışıq və yazışma qabiliyyəti;
  • Sürücülük vəsiqəsinin mövcudluğu və mexanika sürət qutusu olan avtomobili idarə edə bilmək əsas şərtlərdən biridir.
  • Digər məlumatlar: 5 günlük iş qrafiki (şənbə və bazar günləri istirahətdir) ;
  • Əmək haqqı: başlanğıc olaraq 800 - 1000 Azn aralığındadır (müsahibə zamanı namizədin təcrübəsindən, bilik və bacarıqlarından asılı olaraq qərar veriləcəkdir).
  • Vakansiya ilə maraqlanan şəxslər CV-lərini mövzu yerində "Satınalma üzrə kiçik mütəxəssis" yazmaqla
Back