Satınalma üzrə təcrübəçi
Təsvir
Satınalma planlarının hazırlanmasına dəstək vermək. Potensial yeni təchizatçıların müəyyənləşdirilməsi və qiymətləndirilməsində iştirak etmək. Təchizatçılardan tələb olunan sənədlərin toplanması və yoxlanılmasına kömək etmək. Təkliflərin qiymət, keyfiyyət və çatdırılma şərtləri üzrə müqayisəli təhlilini aparmaq. Satınalma prosesinin hər mərhələsi üzrə məlumatların yenilənməsini təmin etmək. Təchizatçılarla keçirilən görüşlərin və danışıqların təşkilinə dəstək vermək. Satınalma ilə bağlı daxili sorğuların vaxtında icrasına kömək etmək. Satınalma fəaliyyətinə dair aylıq və həftəlik hesabatların hazırlanmasına dəstək vermək. Müqavilələrin müddətlərini izləmək və yenilənməsi ilə bağlı məlumat vermək. Digər şöbələrlə (maliyyə, logistika, anbar və s.) koordinasiyalı şəkildə işləmək.
Requirements
- Təhsil: Ali; Dil bilikləri: Azərbaycan dili mükəmməl, İngilis dili yaxşı, Rus dilini bilmək üstünlükdür; Kompüter bilikləri: MS Ofis (Word, Excel, Outlook) İş şəraiti: İş saatı: 09:00-dan 18:00-dək; İstirahət: Şənbə və bazar günü; İş yeri: Luxen Plaza. Biz nə təklif edirik: Minimum əmək haqqı ilə təcrübə proqramı; Şəhərin mərkəzində ofis; Dinamik və gənc komanda ilə iş imkanı.