Satınalma və təchizat üzrə mütəxəssis
Təsvir
- Satınalma prosesinin vaxtında, satınalma planına və qanunvericiliyə uyğun olaraq icra edilməsi - Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması) - Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, texniki məlumat və qiymət araşdırılmasının aparılması, təchizatçı bazasının hazırlanması və təhlili - Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi - Tədarükçülərlə müqavilələrin bağlanması - Malların gətirilməsi və anbara təhvil verilməsi üçün tələb olunan bütün işlərin görülməsi - Alınan malların keyfiyyətinə nəzarət edilməsi və qeydiyyatının aparılması - Ödəniş sorğuları və ödənişlərə nəzarətin həyata keçirilməsi - Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması - İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə Həftə içi 5 gün Saat 10:00-dan -19:00-dək (şənbə günü növbəli) - Əmək haqqı: müsahibə əsasında
Requirements
- Ali təhsilli - Səlis azərbaycan dili (rus dili və ya ingilis dili biliyi arzuolunandır) - MS Office proqramlarından sərbəst istifadə bacarığı - İT , texnologiyalar haqqında məlumatlara sahib olmaq - İşgüzar ünsiyyət etikası - Çalışqan, ünsiyyətcil, problemləri həll etmə bacarıqlarına malik olmaq - Komandada işləmək bacarığı - İş təcrübəsi : minimum 3 il - Yaş: 25- 40 Biz təklif edirik: - Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti - Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək - Peşəkar və karyera yüksəlişi üçün imkanlar - Rəqabətli əmək haqqı və müavinətlər paketi - Yeni ideya və yanaşmalara açıq mühit