Sənədlərə nəzarət üzrə mütəxəssis
Vəzifə və öhdəliklər: Sənədlərə effektiv nəzarətin təmin edilməsi məqsədilə Sənəd İdarəetmə Sisteminin tətbiqi və gündəlik fəaliyyətinin dəstəklənməsi; Mühəndislik çertyojları və prosedurlar daxil olmaqla layihə sənədlərinin hazırlanması və sifarişçiyə təqdim edilməsi; Sifarişçi rəylərinin qəbul edilməsi və aidiyyəti üzrə mütəxəssislərə yönləndirilməsi; Sifarişçi ilə Podratçı arasında sistemli sənəd mübadiləsinin həyata keçirilməsi, idarə olunması və nəzarət edilməsi; Məktublar, Texniki Sorğular (TQ) və İclas Protokolları (MOM) daxil olmaqla layihə sənədlərinin göndərilməsi və qeydiyyatının səmərəli şəkildə idarə olunması; Layihənin bütün mərhələlərində sənəd nəzarəti sisteminin effektiv fəaliyyətinin təmin edilməsi; Dizayn və mühəndislik mərhələlərində bütün layihələr üzrə sənəd nəzarəti prosedurları və standartlarının tətbiqinə və onlara uyğunluğun təmin edilməsinə dəstək göstərilməsi; Gecikmiş sənədlərin izlənilməsi və cavabdeh mühəndislər tərəfindən tapşırıqların müəyyən olunmuş müddətlərdə tamamlanmasının təmin edilməsi; Sənəd versiyalarına nəzarətin təmin edilməsi və dəyişikliklərin izlənilməsi; Sənədlərin identifikasiyasının və standart şablonlara, eləcə də formatlara uyğunluğunun təmin edilməsi; Sifarişçi auditləri zamanı sənəd nəzarəti sisteminin təkmilləşdirilməsinə dəstək göstərilməsi, uyğunluğun və proses səmərəliliyinin artırılmasına töhfə verilməsi; Layihə sənədlərinin layihənin başlanğıcından bağlanış mərhələsinə qədər idarə olunması; Layihənin təhvil-təslim prosesinin hazırlanması və icrası, bütün sənədlərin sifarişçiyə və ya növbəti layihə mərhələsinə tam və düzgün şəkildə ötürülməsinin təmin edilməsi; Layihə sənədlərinin saxlanılması, arxivləşdirilməsi və layihənin bağlanış prosesinin təşkilinin həyata keçirilməsi; Sənəd dövriyyəsinin uçot və nəzarət işinin təşkili, sənədlərin icra prosesi və müddətlərinə nəzarət edilməsi, uyğunsuzluq halları barədə rəhbərliyin məlumatlandırılması; Sənədlərin təhlükəsizliyinin ehtiyat nüsxələrin saxlanılması və arxivləşdirmə vasitəsilə təmin edilməsi; Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların düzgün və aktual şəkildə təsnifləşdirilməsinin, həmçinin dövriyyədə olan sənədlərlə bağlı məlumatların düzgün ötürülməsi və qəbul edilməsinin təmin edilməsi.
Requirements
- Ali təhsil;
- Qeyd olunan sahədə azı 2-4 il iş təcrübəsi;
- Azərbaycan dili əla, İngilis dili səlist bilməli;
- Yaş həddi: 25-45;
- MS office proqramlarından yüksək səviyyədə istifadə bacarığı.
- İş şəraiti: Azərbaycan Respublikası ƏM uyğun işə qəbul;
- Həftədə 2 gün istirahət.
- Əmək Haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişəcək.
- Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Sənədlərə nəzarət üzrə mütəxəssis” qeyd etməklə