Sənədləşmə üzrə mütəxəssis (ATMİA)
Təsvir
Daxil olan və göndərilən sənədlərin qeydiyyatını, uçotunu və arxivləşdirilməsini təmin etmək; Rəsmi məktub, əmr, protokol və digər sənədlərin hazırlanmasında iştirak etmək; Assosiasiyaya üzvlüklə bağlı müqavilələrin hazırlanmasını, rəsmiləşdirilməsini, qeydiyyatını və arxivləşdirilməsini təmin etmək; Üzvlük müqavilələrinin icra vəziyyətini izləmək və zərurət yarandıqda yenilənməsini təşkil etmək; Elektron sənəd dövriyyəsini və sənədlərin vaxtında icrasına nəzarəti həyata keçirmək; İclas və görüşlərin protokollarını hazırlamaq və aidiyyəti üzrə paylaşmaq; Müqavilə, yazışma və digər sənədlərin sistemləşdirilməsini təmin etmək; Sənəd dövriyyəsi ilə bağlı hesabatlar hazırlamaq; Rəhbərliyin tapşırıqlarına uyğun olaraq inzibati sənədləşmə işlərini yerinə yetirmək; Sənədlərin məxfiliyini və düzgün saxlanılmasını təmin etmək.
Requirements
- Təhsil: Ali; Yaş aralığı: 25 yaş üzəri; İş təcrübəsi: 2-3 il iş təcrübəsi; Dil bilikləri: Azərbaycan dili səlis (Rus və İngilis dilləri üstünlükdür); Kompüter bilikləri: MS ofis proqramları və 1C 8.3. İş şəraiti: İş yeri: ATMİA (Luxen Plaza, Xətai prospekti 34); İş qrafiki: 5 günlük; İstirahət: Şənbə və bazar günü; Əmək haqqı: Razılaşma yolu ilə.