Sistem inzibatçısı
Təsvir
Əməliyyat sistemlərinin (Windows, Linux) sazlanmasını və konfiqurasiyasının təmin edilməsi; Virtual mühitlərdə (VMware, Hyper-V) host və guest sistemlərinin idarəsinin həyata keçirilməsi; Azintelekom bulud sistemində resurslara nəzarət edilməsi və mütəmadi optimizasiyaların aparılması; Fayl paylaşımı, domen mühiti və şəbəkə resurslarının işlək vəziyyətdə saxlanmasının təmin edilməsi; Ehtiyat nüsxələmə (backup) sistemlərində verilənlərin müntəzəm rezerv olunmasının təmin edilməsi; Serverlərdə baş verən texniki nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması; Server və xidmətlərin monitorinqinin və loqlamasının aparılması; Dev/Test/Prod mühitlərinin yaradılmasında və dəstəklənməsində iştirak edilməsi; Ənənəvi proqram arxitekturalı sistemlərin dəstəklənməsi və fasiləsizliyinin təmin edilməsi; İnfrastrukturda baş verən dəyişikliklərin sənədləşdirilməsi; Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasının təmin edilməsi; Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında Departamentin fəaliyyəti ilə bağlı bütün məsələlərin məxfiliyinin və anonimliyinin qorunması; Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi.
Requirements
- Ali təhsil; Sistem inzibatçılığı sahəsində 1 – 3 il iş stajı; Windows Server və Linux (RedHat/Ubuntu) sistemlərində inzibatçılıq bacarığı; Active Directory, DNS, DHCP, Group Policy idarəetməsi; Virtualizasiya mühitləri üzrə biliklər (VMware, Vcloud və s.); Microsoft 365 üzrə biliklər; Backup sistemləri üzrə baza biliklər; PowerShell və ya Bash skriptləri ilə işləmək bacarığı; NFS, SMB, DFS kimi fayl paylaşım texnologiyalarında təcrübə; Git və GitLab ilə işləmə bacarığı; Analitik düşüncə, intizam və məsuliyyətlilik.