KH
Süni intellekt və avtomatlaşdırma üzrə mühəndis
Kontakt Home
Təsvir
Next.js (TypeScript) və Python/Express.js istifadə etməklə tam funksional məhsulların hazırlanması və dəstəklənməsi — paylanmış backend xidmətlərindən interaktiv istifadəçi interfeyslərinə və admin panellərinə qədər; Böyük Dil Modellərinin (LLM), embedding-lərin və semantik axtarış mexanizmlərinin (RAG) backend qatında tətbiqi; Vektor verilənlər bazasında indeksləmə, oxşarlıq axtarışı (similarity search) və vektor tənzimləmələrinin aparılması; Tətbiqlərin, API-ların və xidmətlərin bulud platformalarında (Azure) və ya müstəqil Linux serverlərində deploy edilməsi və canlı saxlanması; Performansı artırmaq məqsədilə keşləmə (Redis) və konteynerləşdirmə (Docker) alətlərindən istifadə.
Requirements
- Ali təhsil arzuolunandır; JS ekosistemini mükəmməl bilmək; Next.js ilə SSR, API routes və mürəkkəb interaktiv interfeyslər qurmaq təcrübəsi; FastAPI və ya bənzər asinxron framework-lərlə real iş təcrübəsi; SQL (PostgreSQL, MySQL) və NoSQL (Cosmos DB, MongoDB, Redis); mürəkkəb sorğuların optimallaşdırılması; OpenAI, Anthropic, Google modelləri ilə iş təcrübəsi; Mətnlərin vektorlaşdırılması və RAG sistemlərinin qurulması üzrə real təcrübə; Azure App Service və ya Linux (Ubuntu/Debian) serverlərində Nginx, PM2, systemd və environment variable idarəsi ilə xidmətlərin qurulması; Tətbiqlərin local və bulud mühitində sərbəst qaldırılması; Keşləmə və session/state idarəsi üzrə təcrübə; Azure AI Search (və ya digər) üzərində indeksləmə, hibrid axtarış, metadata filtering və vektor tənzimləmələri təcrübəsi üstünlükdür; App Services, Cosmos DB, Azure AI Search və s. ilə iş təcrübəsi və ya bu ekosistemə asan adaptasiya üstünlükdür; Biznes tələblərini texniki həllərə çevirmək; məhsulu sıfırdan production-a qədər sərbəst çıxarmaq həvəsi; Mikroxidmətlər arası performans darboğazlarını, asinxron xətaları və LLM xərclərini telemetriya əsasında izləyib analiz etmək bacarığı; Sürətlə dəyişən web və AI texnologiyalarını araşdırıb tətbiq etmək bacarığı; Texniki sənədləri (Documentation) oxuyub tətbiq edə biləcək səviyyədə İngilis dili biliyi; Tapşırıq əsaslı iş rejiminə uyğunlaşma, sürətli çatdırma qabiliyyəti, müstəqil işləmə bacarığı və aydın texniki sənədləşdirmə təcrübəsi.