Vacancies
AU

Sürücü

ADA University

Təhlükəsizlik və Logistika Şöbəsi İş öhdəlikləri: Şöbənin təqdim etdiyi sifarişlərə əsasən, sərnişin daşıyan böyük avtonəqliyyat vasitəsinin, fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək; Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılamsı ilə bilavasitə məşğul olmaq; Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarına baxışını həyata keçirilmək, nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq; Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək; Əsaslı və ya cari təmirdən, profilaktik işlərdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək; İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətinə daim hazır olmaq; İstifadə etdiyi avtonəqliyyat üçün təsdiq olunmuş formada ezamiyyə vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək; İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometerinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin verilmiş icazə vərəqəsinə və yanacaq sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək; Yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılması qaydalarına uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir; Təhkim olunmuş nəqliyyat vasitəsini yol hərəkəti qaydalarına riayət etməklə təhlükəsiz şəkildə idarə etmək; Yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin xüsusiyyətlərini nəzərə almaqla, müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir; Hərəkət edərkən təhlükəsizlik kəmərini bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli; Nəqliyyat vastəsindən istifadə edərkən öncədən effektiv marşrut xəttini planlaşdırmaq; Birbaşa nəzarətçi (supervayzer) tərəfindən verilən tapşırığa əsasən qonağların hava limanında qarşılanmasını, mehmanxanalara yerləşdirilməsini və yola salınmasını təmin etmək; Xidməti zərurət yarandığında əlavə iş saatları rejimində fəaliyyət göstərilməsinə hazır olmaq. Birbaşa rəhbər tərəfindən tapşırılan digər aidiyyatı işləri yerinə yetirmək.

Requirements

  • Təhsil: Orta;
  • İş təcrübəsi: 5 ildən artıq;
  • Yaş həddi: 30 – 40;
  • Cinsi: Kişi;
  • “B C D” kateqoriyalı sürücülük vəsiqəsi;
  • 20-30 nəfərlik sərnişin avtobusunu idarə etmək təcrübəsi;
  • 5 ildən çox uzun məsafələrə daşıma təcrübəsi;
  • Yol hərəkəti qaydaları üzrə peşəkar biliklər;
  • Etibarlı, dəqiq və avtobus idarəetməsində təcrübəli;
  • İngilis dili biliyi (üstünlükdür);
  • Avtomobilin həmişə səliqəli şəkildə saxlanılması tələb olunur;
  • Ehitac yarandığı hallarda həftə sonu və gecə növbələrində işləmək imkanı;
  • Stressli sürücülük vəziyyətlərində sakit qalmaq bacarığı;
  • Uzun müddət avtomobil idarə etmək bacarığı.
  • Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Sürücü” qeyd etməklə
Back