DE
Tədarük zənciri üzrə mütəxəssis
Decoliv
Böyüyən Decoliv komandamıza Tədarük zənciri üzrə mütəxəssis axtarırıq.
Responsibilities
- Keçmiş satış datasına əsasən gələcək tələbatı proqnozlaşdırmaq və bu əsasda sifariş həcmini təyin etmək;
- Hər bir SKU (məhsul vahidi) üçün mağaza və anbarda saxlanılmalı olan kritik hədləri (safety stock) təyin etmək və yeniləmək;
- Məhsulları satış dövriyyəsinə görə qruplaşdıraraq, ən çox gəlir gətirən (A qrupu) məhsulların stokda bitməsinə yol verməmək;
- ERP sistemində (Logo Tiger və s.) təchizatçılar üzrə gündəlik, həftəlik və ya aylıq sifariş sənədlərinin formalaşdırmaq;
- Sifarişlərin vaxtında qəbul edilməsini təmin etmək və malın çatdırılma müddətini (Lead Time) izləmək;
- Məhsulların mərkəzi anbardan mağazalara daxili transferlərini (replenishment) planlaşdırmaq;
- Rəfdə olmayan məhsulların səbəblərini araşdırmaq və operativ sifarişlə boşluğu doldurmaq;
- Satılmayan və ya ləng gedən məhsulların stokda yığılıb qalmasının qarşısını almaq, lazımdırsa, marketinq şöbəsinə endirim və ya aksiya təklif etmək;
- Təchizatçının sifarişi nə dərəcədə tam və vaxtında (Fill Rate) gətirdiyini analiz etmək;
- Stokun neçə günə satıldığını və kapitalın nə qədər səmərəli dövr etdiyini rəhbərliyə hesabat vermək;
- Sifariş xətaları nəticəsində yaranan maliyyə itkilərinin minimuma endirmək.
Requirements
- Ali təhsil Müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür MS Excel biliyi (VLOOKUP, Pivot Tables, mürəkkəb formulalar) Riyazi biliklər (Faiz hesablamaları, orta satış sürəti və marja hesablamalarını anlamaq) Təklif edirik: Nahar və servis ilə təminat;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük tam iş qrafiki;
- Korporativ mobil nömrə.
- Vakansiya ilə bağlı