Ticarətin maliyyələşdirilməsi Məhsul üzrə Mütəxəssis
Təsvir Korporativ müştəriləri Bankın ticarətin maliyyələşdirilməsi məhsulları ilə təmin olunması və korporativ müştərilərin Korporativ Bankçılıq və Kommersiya Bankçılığı seqmentləri üçün bu əməliyyatların strukturlaşdırılması; Mövcud və yeni müştərilərə satış təqibi çərçivəsində korporativ satışların idarəedilməsi üzrə müştəri menecerləri ilə qarşılıqlı əlaqənin qurulması; Bankın müştəriləri üçün sənədli əməliyyatların (akkreditivlər, kredit məktubları və bank zəmanətləri) idarəedilməsi; Maliyyə təhlili şöbəsi ilə birlikdə müştərilər üçün ticarətin maliyyələşdirilməsi əməliyyatlarının strukturlaşdırılmasında iştirakın təmin edilməsi; Sənədli əməliyyat məhsullarının hazırlanması və satışların dəstəklənməsi; Müştəri tərəfindən ticarətin maliyyələşdirilməsi üzrə razılaşmanın tələblərinə komplayens baxımından riayət olunmasına müntəzəm monitorinqin aparılması, müştərinin mövcud öhdəliklərinin vaxtında ödənilməsinin/icrasının təmin və monitorinq edilməsi; Ticarət maliyyələşdirilməsi sazişləri üzrə münasib qiymət və razılıq üçün səmərəli yardımın göstərilməsinin, müştərilərin tələbatının müəyyənləşdirilməsinin və ən müasir ticarət maliyyələşdirilməsi məhsulları haqqında məlumatların verilməsinin təmin edilməsi; Müştərilərin ticarət maliyyələşdirilməsi üzrə sorğularının araşdırılması; Bankın ticarətin maliyyələşdirilməsi üzrə fəaliyyətini dəstəkləmək məqsədilə yerli və xarici müxbir banklarla səmərəli ünsiyyətin saxlanılması; Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.
Requirements
- Təhsil səviyyəsi və istiqaməti: Maliyyə və İqtisadiyyat üzrə;
- İş təcrübəsi (il və/və ya sahə olaraq): 1-3 il;
- Dil bilikləri: İngilis, Rus;
- Kompüter bilikləri: Microsoft Office;
- Digər Məhsul üzrə biliklər: Bank məhsulları.
- Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər