Vacancies
MC

Transformator və Yüksək Gərginlikli Kabel Sınaqları üzrə Mütəxəssis

Middle Corridor Trade LLC

İş şəraiti Şirkət: Energy Monitoring MMC İş yeri: Bakı (Layihələr üzrə ezamiyyətlər mümkündür) İş rejimi: Tam ştat (Full-time) ​Enerji sektorunda fəaliyyət göstərən aparıcı şirkətimiz üçün yüksək gərginlikli avadanlıqların sınaq və diaqnostikası sahəsində təcrübəli Mütəxəssis axtarırıq! ​

Responsibilities

  • ​Güc transformatorlarının qəbul, istismara vermə, periodik və diaqnostik elektrik sınaqlarının sahədə icra edilməsi;
  • ​35 kV-a qədər güc kabellərinin izolyasiya müqaviməti, yüksək gərginliyə dözümlülük (Hi-Pot/VLF) və Tan-Delta sınaqlarının aparılması;
  • ​Sınaq avadanlıqlarının təhlükəsiz, düzgün və effektiv istismarının təmin edilməsi;
  • ​Sınaq nəticələrinin analizi, peşəkar texniki hesabatların hazırlanması və sifarişçiyə təqdim edilməsi;
  • ​Sınaqların beynəlxalq IEC, IEEE və digər müvafiq standartların tələblərinə uyğun həyata keçirilməsi;
  • ​Sahədəki bütün işlərin elektrik təhlükəsizliyi qaydalarına tam uyğun icrasına nəzarət.

Requirements

  • ​Təhsil: Elektrik mühəndisliyi üzrə ali təhsil;
  • ​Təcrübə: Transformator və yüksək gərginlikli kabel sınaqları sahəsində minimum 3 il aktiv iş təcrübəsi;
  • ​Cihaz bilikləri: OMICRON, Megger, Fluke və digər xüsusi elektrik sınaq avadanlıqları ilə işləmək bacarığı;
  • ​Güc transformatorları və 35 kV-a qədər güc kabellərinin diaqnostikası üzrə güclü praktiki biliklər;
  • ​Elektrik sxemlərini, layihə çertyojlarını və texniki sənədləri mükəmməl oxuma bacarığı;
  • ​MS Office proqramlarında sərbəst işləmək;
  • ​Ezamiyyət: Regionlara və layihə sahələrinə ezamiyyətlərdə işləməyə tam hazır olmaq;
  • ​Dil bilikləri: İngilis dili biliyi (xüsusilə texniki sənədlərlə işləmək üçün) üstünlükdür.

Why join us?

  • ​Rəqabətli və artan əməkhaqqı (Müsahibə əsasında müəyyən olunur);
  • ​Ölkənin iri və maraqlı enerji layihələrində birbaşa iştirak imkanı;
  • ​Ən müasir sınaq avadanlıqları ilə işləmək və peşəkar inkişaf fürsəti;
  • ​Beynəlxalq təlimlər və sertifikatlaşdırma imkanları;
  • ​Peşəkar, dinamik və mehriban iş mühiti.
  • CV-nizi "Transformator və Kabel Sınaqları üzrə Mütəxəssis" başlığı ilə
Back
MC
Transformator və Yüksək Gərginlikli Kabel Sınaqları üzrə Mütəxəssis
Middle Corridor Trade LLC
Apply Now
Posted: 28 June 2026
Deadline: 28 July 2026
Country Azerbaijan
City Baku
Category Engineering
Job type Full-time
Source ID 144316
Views 15

Detail.Share