Vacancies
SA

Vergi uçotu üzrə mühasib

SAMT

"SAMT" MMC-də "Vergi uçotu üzrə mühasib" vakansiyası mövcuddur. İş yeri: Sumqayıt / Xızı Əsas öhdəliklər: Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq vergi uçotunun aparılması; ƏDV, mənfəət vergisi, ÖMV və digər vergi bəyannamələrinin hazırlanması və vaxtında təqdim edilməsi; Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər vergi sənədlərinin düzgün rəsmiləşdirilməsinə nəzarət etmək; Vergi öhdəliklərinin hesablanması, təhlili və uçotunu həyata keçirmək; Vergi orqanları ilə yazışmaları aparmaq və sorğuları cavablandırmaq; Vergi yoxlamaları zamanı tələb olunan məlumat və sənədləri hazırlamaq; Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələri və digər ödənişlərin qanunvericiliyə uyğun hesablanmasını təmin etmək; Vahid Bəyannamənin hazırlanması və vaxtında təqdim edilməsini həyata keçirmək; Vergi risklərini təhlil etmək və onların minimuma endirilməsi üzrə təkliflər vermək.

Requirements

  • İqtisadiyyat, maliyyə və ya mühasibatlıq sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi;
  • Vergi qanunvericiliyi və mühasibat uçotu sahəsində yüksək biliklər;
  • ERP sistemləri və Microsoft Office proqramları üzrə sərbəst işləmək bacarığı;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Məsuliyyətlilik və effektiv ünsiyyət bacarıqları;
  • PMS sertifikatının olması üstünlük hesab olunur.
  • Şirkət tərəfindən verilən imtiyazlar: Nahar;
  • Könüllü tibbi sığorta;
  • Korporativ mobil nömrə;
  • İdman abonəliyi;
  • Servis nəqliyyatı.
  • Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Vergi uçotu üzrə mühasib” qeyd etməklə
Back