Zəmanət üzrə Mütəxəssis (Avtobus Qarajı)
İş şəraiti Ünvan: Xarici dairəvi yol 62 Məşğulluq növü: 6 günlük iş həftəsi, tam iş günü (tam ştat) Əmək haqqı: 1000-1300 Azn Əsas Öhdəliklər və Vəzifə Funksiyaları: Avtobusların istismarı zamanı baş verən nasazlıqların zəmanət şərtlərinə uyğunluğunu müəyyən etmək; Zəmanət müddətində olan ehtiyat hissələrinin və aqreqatların sıradan çıxması halında lazımi aktların, foto/video hesabatların hazırlanması; İstehsalçı zavodlar, rəsmi dilerlər və təchizatçılarla zəmanət iddialarının qaldırılması və prosesin sonadək təqib edilməsi; Qarajın texniki heyəti (ustalar, mühəndislər) ilə sıx əməkdaşlıq edərək defektlərin səbəbini araşdırmaq; Sıradan çıxmış zəmanətli detalların qeydiyyatını aparmaq, onların saxlanılması və ya istehsalçıya geri göndərilməsi prosesini idarə etmək; Zəmanət çərçivəsində yerinə yetirilən təmir işlərinə aid sənədləşməni (hesab-fakturalar, aktlar, daxili sistem qeydləri) tam və qüsursuz şəkildə arxivləşdirmək; Şirkətin zəmanət xərclərinə qənaət etməsi üçün hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Requirements
- Təhsil: Ali və ya orta-ixtisas təhsili (Mexanika mühəndisliyi, Avtomobil nəqliyyatı və ya texniki sahələr üzrə üstünlükdür);
- İş təcrübəsi: Avtomobil/nəqliyyat sahəsində, xüsusilə servis və ya qaraj idarəçiliyində zəmanət mütəxəssisi və ya qəbulçu-usta kimi ən azı 1-2 il iş təcrübəsi;
- Texniki biliklər: Avtobusların (və ya ağır tonnajlı yük avtomobillərinin) quruluşu, ehtiyat hissələri və texniki xüsusiyyətləri barədə biliklər;
- Kompüter bilikləri: MS Office (xüsusilə Excel) proqramlarından sərbəst istifadə, (1C, LOGO və xüsusi servis proqramları ilə işləmək bacarığı);
- Dil bilikləri: Azərbaycan dili (mütləq), texniki sənədlərlə və xarici tərəfdaşlarla işləmək üçün İngilis dili bilikləri mütləqdir;
- Məsuliyyətlilik, analitik düşüncə, detallara diqqət yetirmək və danışıqlar aparmaq bacarığı.
- Təklif edirik: Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmi qeydiyyat;
- Peşəkar komanda daxilində karyera yüksəlişi imkanı;
- İnkişaf edən və ambisiyalı komanda.
- Maraqlanan namizədlər mövzu hissəsində "Zəmanət üzrə mütəxəssis" qeyd edərək CV-lərini