Vakansiyalar
CO

Baş Aşpaz

Company

Bakıda fəaliyyət göstərən premium kofe shop şəbəkəsi komandasını gücləndirmək üçün Baş Aşpaz axtarır. Əsas vəzifələr: Mətbəxin gündəlik fəaliyyətinin effektiv şəkildə idarə olunmasını təmin etmək; Menyunun hazırlanması və mövsümi yenilənməsində iştirak etmək; Yeməklərin reseptlərə və keyfiyyət standartlarına uyğun hazırlanmasına nəzarət etmək; Mətbəx heyətinin iş bölgüsünü təşkil etmək, onların fəaliyyətini koordinasiya etmək və inkişafına dəstək olmaq; Xammal və məhsul ehtiyatlarına nəzarət etmək, sifarişlərin planlaşdırılmasında iştirak etmək; Məhsul itkisini minimuma endirmək və xərclərin optimallaşdırılmasını təmin etmək; Qida təhlükəsizliyi, gigiyena və sanitariya qaydalarına riayət olunmasına nəzarət etmək; Yeni məhsulların hazırlanması və təqdim olunması üzrə təkliflər vermək; Digər şöbələrlə koordinasiyalı işləyərək yüksək xidmət keyfiyyətini təmin etmək.

Tələblər

  • Baş aşpaz və ya Sous Chef vəzifəsində minimum 3 il iş təcrübəsi;
  • Restoran və ya premium kafe sektorunda iş təcrübəsi;
  • Müasir mətbəx, brunch, breakfast və cafe menyuları üzrə biliklər;
  • Qida təhlükəsizliyi və sanitariya standartları barədə bilik;
  • Komandanı idarəetmə və təşkilatçılıq bacarığı;
  • Xərclərin idarə olunması (food cost), porsiya nəzarəti və inventar idarəetməsi üzrə biliklər;
  • Operativ qərarvermə və problem həll etmə bacarığı;
  • Məsuliyyətli, nizam-intizamlı və nəticəyönümlü yanaşma.

Niyə biz?

  • Rəqabətqabiliyyətli əmək haqqı;
  • Stabil və uzunmüddətli əməkdaşlıq;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Müasir və dinamik iş mühiti;
  • Mehriban və peşəkar komanda.
  • İş yeri: Bakı şəhəri Maraqlanan namiz ə dl ə r ö z CV - l ərini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r.
Geri