Vakansiyalar
TG

Baş aşpaz köməkçisi

TABIA Group LLC

Təsvir

Baş aşpazın gündəlik tapşırıqlarını yerinə yetirmək və onun olmadığı hallarda mətbəxin fəaliyyətini idarə etmək; Yeməklərin reseptlərə, təqdimat və keyfiyyət standartlarına uyğun hazırlanmasına nəzarət etmək; Mətbəx əməkdaşlarının iş bölgüsünü təşkil etmək, fəaliyyətini əlaqələndirmək və onların peşəkar inkişafına dəstək olmaq; Hazırlanan məhsulların keyfiyyətinə, saxlanma şəraitinə və son istifadə müddətlərinə nəzarət etmək; HACCP, qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydalarının tətbiqini təmin etmək; Məhsul itkilərinin minimuma endirilməsi və xammaldan səmərəli istifadə olunmasına nəzarət etmək; Gündəlik istehsal planına uyğun hazırlıq (mise en place) işlərinin vaxtında tamamlanmasını təmin etmək; Anbar ehtiyatlarını izləmək, çatışmazlıqlar barədə Baş aşpaza məlumat vermək və sifariş prosesində iştirak etmək; Mətbəx avadanlıqlarından düzgün istifadə olunmasına və onların saz vəziyyətdə saxlanılmasına nəzarət etmək; Banket, tədbir və xüsusi sifarişlərin hazırlanması prosesində iştirak etmək; Qonaq məmnuniyyətinin təmin olunması məqsədilə yeməklərin keyfiyyətini və təqdimatını daim nəzarətdə saxlamaq; Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və şirkətin daxili qaydalarına riayət etmək; Rəhbərlik tərəfindən verilən və vəzifəyə uyğun digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Ünsiyyət və təqdimat bacarıqları; Komandada işləmək və məsuliyyətlilik; 3 il iş təcrübəsi İş yeri: Hilton Garden Inn Baku, Sarabski küçəsi 657
Geri