AT
Helpdesk / Texniki dəstək üzrə mütəxəssis
ATL Tech
“ATL Tech ” olaraq şirkət əməkdaşlarına iş prosesinin fasiləsizliyinin təmin edilməsində dəstək göstərəcək “ Texniki dəstək üzrə mütəxəssis” axtarışındayıq. Namizəd Windows OS, Microsoft 365, avadanlıqlarla bağlı problemlərin diaqnostikası, həlli, yeni avadanlıqların quraşdırılması, sazlanması, eləcə də əməkdaşlara gündəlik texniki dəstəyin göstərilməsinə cavabdeh olacaq.
Vəzifə öhdəlikləri
- Ticket sistemi, e-poçt və ya birbaşa müraciətlər vasitəsilə birinci səviyyəli texniki dəstək göstərmək;
- Yeni noutbuklarda Windows OS və periferik avadanlıqları (monitor, printer və s.) quraşdırmaq və sazlamaq;
- Microsoft 365 mühitində istifadəçi hesablarını, icazələri və lisenziyaları idarə etmək;
- Ofisdaxili şəbəkə (Wi-Fi/LAN), VPN və proqram təminatı ilə bağlı problemləri diaqnostika etmək və aradan qaldırmaq;
- İT avadanlıqlarının uçotunu aparmaq və əməkdaşlar üçün sadə texniki təlimatlar hazırlamaq;
Tələblər
- IT Support və ya Helpdesk sahəsində minimum 1 il iş təcrübəsi;
- Windows 10/11 üzrə mükəmməl biliklər;
- PC komponentləri, noutbuk və printer nasazlıqlarını aradan qaldırmaq bacarığı;
- Texniki məsələləri İT sahəsində olmayan əməkdaşlara aydın şəkildə izah etmək bacarığı;
- Azərbaycan dili biliyi mütləq, ingilis dili biliyi isə texniki sənədləri oxumaq səviyyəsində arzuolunandır;
- Qeyd: Vakansiya üzrə yalnız ilkin seçim mərhələsi üzrə uyğun görülən namizədlərlərin dəyərləndirilməsi həyata keçiriləcəkdir.
- Müraciətlərinizi mövzu hissəsində "Texniki dəstək üzrə mütəxəssis" qeyd olunmaqla