Вакансии
AT

Helpdesk / Texniki dəstək üzrə mütəxəssis

ATL Tech

“ATL Tech ” olaraq şirkət əməkdaşlarına iş prosesinin fasiləsizliyinin təmin edilməsində dəstək göstərəcək “ Texniki dəstək üzrə mütəxəssis” axtarışındayıq. Namizəd Windows OS, Microsoft 365, avadanlıqlarla bağlı problemlərin diaqnostikası, həlli, yeni avadanlıqların quraşdırılması, sazlanması, eləcə də əməkdaşlara gündəlik texniki dəstəyin göstərilməsinə cavabdeh olacaq.

Должностные обязанности

  • Ticket sistemi, e-poçt və ya birbaşa müraciətlər vasitəsilə birinci səviyyəli texniki dəstək göstərmək;
  • Yeni noutbuklarda Windows OS və periferik avadanlıqları (monitor, printer və s.) quraşdırmaq və sazlamaq;
  • Microsoft 365 mühitində istifadəçi hesablarını, icazələri və lisenziyaları idarə etmək;
  • Ofisdaxili şəbəkə (Wi-Fi/LAN), VPN və proqram təminatı ilə bağlı problemləri diaqnostika etmək və aradan qaldırmaq;
  • İT avadanlıqlarının uçotunu aparmaq və əməkdaşlar üçün sadə texniki təlimatlar hazırlamaq;

Требования

  • IT Support və ya Helpdesk sahəsində minimum 1 il iş təcrübəsi;
  • Windows 10/11 üzrə mükəmməl biliklər;
  • PC komponentləri, noutbuk və printer nasazlıqlarını aradan qaldırmaq bacarığı;
  • Texniki məsələləri İT sahəsində olmayan əməkdaşlara aydın şəkildə izah etmək bacarığı;
  • Azərbaycan dili biliyi mütləq, ingilis dili biliyi isə texniki sənədləri oxumaq səviyyəsində arzuolunandır;
  • Qeyd: Vakansiya üzrə yalnız ilkin seçim mərhələsi üzrə uyğun görülən namizədlərlərin dəyərləndirilməsi həyata keçiriləcəkdir.
  • Müraciətlərinizi mövzu hissəsində "Texniki dəstək üzrə mütəxəssis" qeyd olunmaqla
Назад