Вакансии
İV

İnformasiya təhlükəsizliyi (GRC) üzrə aparıcı mütəxəssis

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Təsvir

İnformasiya təhlükəsizliyi strategiyasının hazırlanması, standartlara uyğunluğunun təmin edilməsi və prosesində iştirak edilməsi; ISO 27001, CIS CSC, NIST və Agentlikdə müəyyən edilmiş informasiya təhlükəsizliyi siyasətləri, standartları və təlimatlarına əsaslanan IT və informasiya təhlükəsizliyi risklərinin təhlil edilməsi; İnformasiya təhlükəsizliyi strategiyasına uyğun olaraq, kiber idarəetmə və risklərin idarə edilməsinə nəzarət edilməsi; İnformasiya təhlükəsizliyinin təmin edilməsi üçün kontrolların və proseslərin dövri olaraq nəzərdən keçirilməsinin planlaşdırılması və nəzarət edilməsi; İT və informasiya təhlükəsizliyi ilə bağlı Agentliyin risklərinin idarə edilməsi, ISO standartlarına uyğunluğunun və fərdi məlumatların mühafizəsi fəaliyyətlərinin dəstəklənməsi, lazımi siyasətlərin və fəaliyyət planlarının hazırlaması üçün müvafiq departamentlərlə sıx əməkdaşlıq edilməsi; İT infrastrukturu, proqram təminatları, platformaları və təchizatçıları ilə bağlı risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, idarə edilməsi və aradan qaldırılması üçün lazımi tapşırıqların planlaşdırılması və nəzarət edilməsi; Təklif olunan yeni texnoloji həllər və proseslərin Agentliyin təhlükəsizlik siyasətinə və müvafiq qaydalara uyğunluğunun təmin edilməsi, bu tələblərə qarşı boşluqların təhlilinin aparılması və sənədləşdirilməsi; İnformasiya təhlükəsizliyi üzrə təlim, təhsil və maarifləndirmə proqramı üçün strategiya, məqsəd və hədəflərin hazırlanması; Agentliyin informasiya təhlükəsizliyi üzrə yetkinlik səviyyəsinin ("maturity level") müəyyənləşdirilib inkişaf etdirilməsi; Tələb olunan və ya tapşırılan hər hansı digər əlaqəli vəzifələrin yerinə yetirilməsi.

Требования

  • İT və ya informasiya təhlükəsizliyi üzrə bakalavr təhsili; İnformasiya təhlükəsizliyi sahəsində minimum 3-il iş təcrübəsi; Risklərin qiymətləndirilməsi və İT audit prosesləri üzrə bilik və təcrübənin olması; Azərbaycan və ingilis dillərində fikri anlamaq və səlis ifadə etmək bacarığı, rus dili azruolunandır; Analitik düşünmə qabiliyyəti; Komanda işinin qurulması və maraqlı tərəflər ilə kommunikasiyanın qurulması bacarığı.
Назад
İV
İnformasiya təhlükəsizliyi (GRC) üzrə aparıcı mütəxəssis
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Откликнуться
Опубликовано: 30 июня 2026
Дедлайн: 30 июля 2026
Страна Азербайджан
Город Баку
Опыт 3-4 il
Уровень Mütəxəssis
ID источника 90358883
Просмотры 16

Detail.Share