Вакансии
GT

İT üzrə mütəxəssis (Helpdesk) - Şamaxı şəhəri

Guven Technology LLC

Təsvir

· İT ilə bağlı sorğuların qəbulu və həlli; · Kompüter, printer, skaner, telefon və digər avadanlıqlarla bağlı problemlərin aradan qaldırılması; · Proqram təminatı və əməliyyat sistemlərinin sazlanması və yenilənməsi; · Ofis proqramları və digər tətbiqlər üzrə istifadəçilərə dəstək göstərmək; · Yeni istifadəçilər üçün kompüter və digər İT avadanlıqların hazırlanması; · Şəbəkə bağlantıları və internet problemlərinin həlli; · İT infrastrukturu üzrə kiçik texniki problemlərin həlli və eskalasiya edilməsi; · Daxil olan müraciətlərin Helpdesk sistemi vasitəsilə qeydiyyata alınması və izlənməsi; · İstifadəçilərlə effektiv ünsiyyət qurmaq və problemləri izah etmək; · Müraciətlərin həlli müddətinin və keyfiyyətinin izlənməsi; · Korporativ İT təhlükəsizlik qaydalarına əməl edilməsi və istifadəçilərə məlumat verilməsi; · Məlumatların ehtiyat nüsxələrinin yoxlanılması və bərpasına dəstək.

Требования

  • Ali təhsil (informasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahədə) · İT dəstək və ya oxşar vəzifədə 1-2 il iş təcrübəsi. · Windows və MacOS əməliyyat sistemləri üzrə biliklər. · Microsoft Office proqramları və digər ofis tətbiqləri ilə işləmək bacarığı; · Şəbəkə və internet problemlərinin həlli üzrə biliklər (TCP/IP, LAN, WAN və s.); · Daxili sistemlər və avadanlıqlar üzrə texniki biliklər; · Problemləri həll etmə bacarığı və analitik düşüncə; · Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı; · Müştəriyönümlü yanaşma; · Yeni texnologiyaları öyrənmək və tətbiq etmək həvəsi.
Назад