Vakansiyalar
AM

Kimya Mühəndisi / Laboratoriya üzrə Mütəxəssis

ALCO MMC

ALCO MMC komandamıza Kimya Mühəndisi / Laboratoriya üzrə Mütəxəssis axtarır. İş şəraiti İş yeri: Sumqayıt Kimya Sənaye Parkı İş qrafiki: Tam iş günü (6 günlük iş həftəsi) Əmək haqqı: 1 500 AZN-dən başlayır və namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir. Əsas

Vəzifə öhdəlikləri

  • İstehsalata daxil olan xammal, yarımfabrikat və hazır məhsulların laborator analizlərini aparmaq;
  • Məhsulların ASTM, GOST, ISO və müəssisədaxili texniki tələblərə uyğunluğunu yoxlamaq;
  • Analiz nəticələrini sənədləşdirmək və müvafiq hesabatları hazırlamaq;
  • Laboratoriya avadanlıqlarının düzgün istismarına, kalibrlənməsinə və texniki vəziyyətinə nəzarət etmək;
  • Məhsul keyfiyyətinin davamlı yaxşılaşdırılması istiqamətində istehsalat komandası ilə birgə fəaliyyət göstərmək;
  • Laboratoriyada əməyin mühafizəsi, təhlükəsizlik və ekoloji tələblərə riayət etmək.

Tələblər

  • Kimya, Kimya Mühəndisliyi, Neft-kimya, Kimya Texnologiyası və ya digər uyğun ixtisas üzrə ali təhsil;
  • Laboratoriya və ya istehsalat sahəsində 1–3 il iş təcrübəsi;
  • Fiziki-kimyəvi analiz metodları üzrə bilik;
  • ASTM, GOST və ISO standartları haqqında ümumi bilik;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
  • Dil bilikləri Azərbaycan dili – sərbəst;
  • İngilis dili – texniki sənədləri oxumaq və onlarla işləmək səviyyəsində;
  • Rus dili – texniki sənədləri oxumaq və onlarla işləmək səviyyəsində.
  • Şəxsi keyfiyyətlər Analitik düşüncə;
  • Məsuliyyətlilik və dəqiqlik;
  • Komandada işləmək bacarığı;
  • Operativ qərarvermə və təşəbbüskarlıq;
  • Nəticəyönümlülük və peşəkar etik davranış.
  • Üstünlük veriləcək namizədlər Neft məhsulları, sürtgü yağları və ya kimya sənayesində iş təcrübəsi;
  • FTIR, ICP-OES, Karl Fischer titratoru və digər analitik laboratoriya avadanlıqları ilə işləmək bacarığı;
  • ASTM və GOST standartları ilə praktiki iş təcrübəsi;
  • SAP, 1C və ya ERP sistemləri ilə işləmək bacarığı;
  • ISO 9001, ISO 14001 və ISO 45001 idarəetmə sistemləri üzrə bilik və ya təcrübə.
  • Qeyd: Sumqayıt şəhərində və ya Sumqayıta yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək.
  • Maraqlanan namizədlər CV-lərini
Geri
AM
Kimya Mühəndisi / Laboratoriya üzrə Mütəxəssis
ALCO MMC
Müraciət et
Elan tarixi: 29 iyun 2026
Son müraciət: 29 iyul 2026
Sirk?t ALCO MMC
Ölkə Azərbaycan
Şəhər Sumqayıt
Kateqoriya Mühəndislik
İş növü Tam ştat
Mənbə ID 144407
Baxış 1

Detail.Share