AM
Kimya Mühəndisi / Laboratoriya üzrə Mütəxəssis
ALCO MMC
ALCO MMC komandamıza Kimya Mühəndisi / Laboratoriya üzrə Mütəxəssis axtarır. İş şəraiti İş yeri: Sumqayıt Kimya Sənaye Parkı İş qrafiki: Tam iş günü (6 günlük iş həftəsi) Əmək haqqı: 1 500 AZN-dən başlayır və namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir. Əsas
Должностные обязанности
- İstehsalata daxil olan xammal, yarımfabrikat və hazır məhsulların laborator analizlərini aparmaq;
- Məhsulların ASTM, GOST, ISO və müəssisədaxili texniki tələblərə uyğunluğunu yoxlamaq;
- Analiz nəticələrini sənədləşdirmək və müvafiq hesabatları hazırlamaq;
- Laboratoriya avadanlıqlarının düzgün istismarına, kalibrlənməsinə və texniki vəziyyətinə nəzarət etmək;
- Məhsul keyfiyyətinin davamlı yaxşılaşdırılması istiqamətində istehsalat komandası ilə birgə fəaliyyət göstərmək;
- Laboratoriyada əməyin mühafizəsi, təhlükəsizlik və ekoloji tələblərə riayət etmək.
Требования
- Kimya, Kimya Mühəndisliyi, Neft-kimya, Kimya Texnologiyası və ya digər uyğun ixtisas üzrə ali təhsil;
- Laboratoriya və ya istehsalat sahəsində 1–3 il iş təcrübəsi;
- Fiziki-kimyəvi analiz metodları üzrə bilik;
- ASTM, GOST və ISO standartları haqqında ümumi bilik;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
- Dil bilikləri Azərbaycan dili – sərbəst;
- İngilis dili – texniki sənədləri oxumaq və onlarla işləmək səviyyəsində;
- Rus dili – texniki sənədləri oxumaq və onlarla işləmək səviyyəsində.
- Şəxsi keyfiyyətlər Analitik düşüncə;
- Məsuliyyətlilik və dəqiqlik;
- Komandada işləmək bacarığı;
- Operativ qərarvermə və təşəbbüskarlıq;
- Nəticəyönümlülük və peşəkar etik davranış.
- Üstünlük veriləcək namizədlər Neft məhsulları, sürtgü yağları və ya kimya sənayesində iş təcrübəsi;
- FTIR, ICP-OES, Karl Fischer titratoru və digər analitik laboratoriya avadanlıqları ilə işləmək bacarığı;
- ASTM və GOST standartları ilə praktiki iş təcrübəsi;
- SAP, 1C və ya ERP sistemləri ilə işləmək bacarığı;
- ISO 9001, ISO 14001 və ISO 45001 idarəetmə sistemləri üzrə bilik və ya təcrübə.
- Qeyd: Sumqayıt şəhərində və ya Sumqayıta yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək.
- Maraqlanan namizədlər CV-lərini