Vacancies
AR

Aparıcı sistem inzibatçısı (Postgresql üzrə, iş müvəqqəti xarakter daşıyır)

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Struktur bölmənin adı İnformasiya texnologiyaları əməliyyatları departamenti , İT infrastrukturunun şöbəsinin Sistem inzibatçılığı bölməsi Vəzifənin funksiyaları: İnformasiya sistemləri üzrə VBİS-in quraşdırılmasını, sazlanmasını və davamlılığını təmin edir; Ehtiyat Mərkəz(lər)də VBİS-in dayanıqlı fəaliyyətini təmin edir; VBİS-in işinin optimallaşdırılması üzrə işləri həyata keçirir; VBİS-in ehtiyat nüsxələrinin idarəedilməsi (backup/restore) işini təşkil edir; VBİS üzrə resurs planlanmasının idarəedilməsi işinin təşkil edir; Həyata keçirilən layihələrin texniki sənədlərinin hazırlanmasında iştirak edir; Avtomatlaşdırılmış İdarəetmə Sistemlərinin yaradılması layihələri üzrə verilənlər bazasının idarəetmə sistemlərinin tətbiqi prosesində iştirak edir və onların gələcəkdə etibarlı və fasiləsiz istismar olunmasını təşkil edir; İnformasiya təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirir; Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını icra edir. İnfrastruktur avadanlıqlarının quraşdırılmasını, sazlanmasını və istismara daxil edilməsini təmin edir; Cavabdeh olduğu infrastruktur vahidlərinin topologiyasının tərtib edilməsini və daim onun yenilənməsini həyata keçirir; İnformasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görür; Daxili hüquqi sənədlərlə müəyyən olunmuş digər inzibatçılıq funksiyalarını icra edir; Təcrübə Müvafiq sahədə 3 illik iş təcrübəsi tələb olunur. Təhsil Ali təhsil (İnformasiya texnologiyaları, İnformasiya sistemləri, Kompüter elmləri, Avtomatlaşdırılmış sistemlər və Riyaziyyat sahəsi). Fərqli ixtisaslar üzrə ali təhsil olduqda sahə üzrə ən azı 5 il iş təcrübəsi tələb olunur. Dil bacarığı Səlis azərbaycan, orta səviyyədə ingilis dili bacarığı tələb olunur. Kompüter bacarıqları Backup və Restore həlləri (pg_dump/pg_restore, pg_basebackup, Barman) Performance tuning (Indexing, Query Optimization) High Availability həlləri (Patroni, repmgr) Replication texnologiyaları (Streaming, Logical, pglogical) Connection pooling həlləri (pgBouncer, pgpool-II) Monitoring alətləri (pgBadger, pg_stat_statements, Prometheus/Grafana) Security və Access Control (pg_hba.conf, SSL/TLS) Linux sistemləri üzrə biliklər (bash scripting) Migration alətləri (pg_upgrade) üzrə biliklər tələb olunur. Interested candidates can

Back