Vacancies
"M

Aparıcı mütəxəssis (Ekologiya üzrə)

"Zireh" Məhdud Məsuliyyətl Cəmiyyəti

Təsvir

· Müəssisənin fəaliyyətinin Azərbaycan Respublikasının ekoloji qanunvericiliyinə və normativlərinə tam uyğunluğunu təmin etmək; · Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) və Dövlət Statistika Komitəsinə təqdim olunan rüblük və illik ekoloji hesabatları (2-TG hava, su, tullantı) vaxtında tərtib və təsdiq etmək; · İstehsalat və məişət tullantılarının toplanması, çeşidlənməsi, saxlanılması və lisenziyalı podratçı şirkətlər tərəfindən daşınması prosesini tam idarə etmək; · ISO 14001 (Ətraf Mühitin İdarə Edilməsi Sistemi) tələblərini sahədə tətbiq etmək, sənədləşməni yaratmaq və daxili auditləri həyata keçirmək; · İstehsalat sahələrində mütəmadi ekoloji monitorinqlər aparmaq, atmosferə atılan tullantıların, çirkab sularının və səs-küyün ölçülməsini təşkil etmək; · Müəssisə üçün ekoloji pasportların, tullantı limitlərinin və digər icazə sənədlərinin hazırlanmasını, dövlət orqanları ilə razılaşdırılmasını idarə etmək; · Şirkət işçilərinə ətraf mühitin mühafizəsi, tullantıların idarə edilməsi və ekoloji təhlükəsizlik mövzularında daxili təlimlər və təlimatlandırmalar vermək; · Baş verə biləcək ekoloji qəzaları (məsələn, kimyəvi sızmalar) araşdırmaq, köklü səbəblərini tapmaq və təkrar olunmaması üçün qabaqlayıcı tədbirlər görmək; · SƏTƏM komandasına aidiyyatı məsələlərdə dəstək göstərmək.

Requirements

  • Ekologiya, Ətraf mühitin mühafizəsi, Kimya mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil; · Ekologiya və ətraf mühitlə bağlı sahədə minimum 3 il iş təcrübəsi; · MS Office proqramlarında (Excel, Word) sərbəst hesabat yazmaq bacarığı; · ISO 14001 Ətraf Mühitin İdarəetmə Sistemi üzrə bilik və praktiki təcrübə; · Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı; · Zabrat, Sumqayıt və yaxın ərazilərdə yaşayanlara üstünlük veriləcək.
Back