Vacancies
"M

Aparıcı mütəxəssis (SƏTƏM üzrə)

"Zireh" Məhdud Məsuliyyətl Cəmiyyəti

Təsvir

1. Müəssisə(lər)dən daxil olan aylıq, rüblük və illik SƏTƏM hesabatlarının toplanması, yoxlanması və ümumiləşdirilməsi; 2. Müəssisə(lər)in SƏTƏM göstəricilərinə dair məlumat bazasının yaradılması və mütəmadi yenilənməsini; 3. Müəssisə(lər)dən daxil olan qəza, hadisə, xəsarət və pozuntu halları barədə məlumatların vaxtında toplanması və təhlil edilməsi; 4. Müəssisə(lər)də SƏTƏM üzrə daxili və xarici yoxlamalar (auditlər) üçün tələb olunan sənədlərin və arayışların hazırlanmasında inzibati dəstək göstərilməsi; 5. İclas protokollarının, təqdimatların və rəsmi məktubların hazırlanması və aidiyyəti üzrə göndərilməsi; 6. SƏTƏM departamentinin rəhbərliyinin tapşırıqlarına uyğun digər inzibati və təşkilati işlərin icra edilməsi; 7. İş yerlərində risklərin qiymətləndirilməsini və aradan qaldırılması üçün tədbirlərin təklif edilməsi; 8. İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması və maarifləndirilməsinin təşkil edilməsi; 9. Əmək şəraitinin yaxşılaşdırılması və təhlükəsiz istehsalat mühitinin yaradılması üçün təkliflərin irəli sürülməsi; 10. Müəssisə(lər)də əməyin mühafizəsi, sağlamlıq və təhlükəsizlik üzrə qəbul edilmiş qanunvericiliyə, norma və standartlara riayət olunmasına nəzarət edilməsi; 11. Müəssisə(lər)də baş vermiş qəza, hadisə və xəsarətlərin səbəblərinin araşdırılması və təhlilində iştirak edilməsi; 12. Vətəndaşlardan və kənar təşkilatlardan, digər strukturlardan departementə fəaliyyət sahəsi üzrə daxil olan məktub, ərizə, şikayət və təkliflərin araşdırılması və aidiyyəti üzrə cavablandırılması.

Requirements

  • Ali təhsil (Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi; Sənaye mühəndisliyi və təhlükəsizlik texnologiyaları; Sənaye təhlükəsizliyi və Əməyin mühafizəsi; Ekologiya mühəndisliyi; Kimya mühəndisliyi ixtisası üstünlükdür); Ən azı 2 il müvafiq sahə üzrə iş stajı; AzDƏMTTETİ – Sənayedə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları və normalarını bilməli; Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ya ətraf mühitin mühafizəsi sahəsində digər yerli və/və ya beynəlxalq sertifikatlar (NEBOSH, IOSH, ISO 45001 və s.) olması üstünlükdür; Zərurət yarandıqda xarici və daxili ezamiyyətlərdə iştirak etməyə hazır olmaq; İngilis dilində şifahi və yazılı ünsiyyət qabiliyyəti, Rus dili arzu olunandır.
Back