Vacancies
SA

Hüquqşünas (Şəmkir)

Shamkir Agropark

İş barədə məlumat: Cəmiyyətdə normativ aktların müddəalarının və şirkətdaxili qaydaların düzgün tətbiq edilməsinin təmin edilməsi; Cəmiyyət ilə bağlı bütün sənədlərin (qərarlar, əmrlər, sərəncamlar, əsasnamələr, prosedurlar və.s) təsdiq və icra edilməsindən qabaq onların qanunvericiliyə uyğunluğunun yoxlanılması və sənədlərə viza verilməklə razılığın bildirilməsi; Mülki hüquqi xarakterli müqavilələrin hazırlanması və ekspertizası, zərurət hallarında müqavilə danışıqlarında iştirak edilməsi və hüquqi rəyin bildirilməsi Cəmiyyətin fəaliyyəti ilə bağlı uyğunluq hesabatlarının hazırlanması, bununla əlaqədar daxili monitoriqin aparılması, sorğuların operativ cavablandırılması və hesabatların aidiyyəti üzrə təqdim edilməsi; Cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və faktların sonrakı dəyişikliyin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlər paketinin hazırlanması və icra edilməsi; Cəmiyyətdə kadr uçot sənədlərinin qanunvericiliyin tələblərinə uyğun qaydada hazırlanmasına dair hüquqi məsləhətlər verilməsi və sorğuların hüquqi cavablandırılması; Cəmiyyətin maraqlarını lazımınca müdafiə etmək məqsədilə etibarnaməli nümayəndə qismində bütün məhkəmələrdə və dövlət orqanlarında zəruri prosessual edilməsi; Cəmiyyətdə hüquq pozuntusunun olması faktı aşkar edildikdə, onun aradan qaldırılması məqsədilə rəhbərliklə birgə hüquqi tədbirlərin görülməsinin təmin edilməsi; Cəmiyyətə vurulmuş maddi və mənəvi (işgüzar nüfuza) zərərin ödənilməsi məqsədilə hüquqi vasitələrdən istifadə etməklə tədbirlər görülməsi; Tələb olunan hüquqi sənədlərin lazım olan vaxtlarda dövlət və bələdiyyə orqanlarına təqdim edilməsi, götürülməsi və digər zəruri hərəkətlərin edilməsi; Cəmiyyətin fəaliyyəti ilə bağlı hüquqi məsləhətlər, rəylər və arayışların verilməsi;

Requirements

  • Hüquq üzrə ali təhsili;
  • Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi MS Office proqramları üzrə biliklər;
  • Azərbaycan dili mükəmməl, Rus və ingilis dilləri arzu olunandır;
  • Ünsiyyət qurma qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Planlaşdırma, analiz və idarəetmə bacarığı ;
  • Əlavə məlumat: İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək İş yeri Şəmkir şəhəri Maraqlanan şəxslər öz CV formalarını Hüquqşünas(Şəmkir)" başlığı ilə
Back