PL
Korporativ hüquqşünas
PM Legal MMC
İş barədə məlumat Şirkətimizin hüquqi xidmətlərinin göstərilməsi və korporativ hüquq istiqaməti üzrə işlərin peşəkar şəkildə icra edilməsi məqsədilə Korporativ hüquqşünas axtarırıq. Əsas
Responsibilities
- Müxtəlif növ mülki-hüquqi və kommersiya müqavilələrinin, əlavə sazişlərin və digər əqdlərin hazırlanması, hüquqi ekspertizası və müqavilə risklərinin müəyyən edilməsi Müştərilər və qarşı tərəflər tərəfindən təqdim olunan müqavilələrə, protokollara, təhvil-təslim aktlarına və digər hüquqi sənədlərə rəy verilməsi Müqavilə danışıqlarında iştirak edilməsi, hüquqi mövqenin əsaslandırılması və müqavilə şərtlərinin qarşı tərəflə razılaşdırılması Qanunvericilik üzrə araşdırmaların aparılması, hüquqi rəylərin, arayışların, memorandumların və praktiki tövsiyələrin hazırlanması Təsisçi və iştirakçı qərarlarının, ümumi yığıncaq protokollarının, etibarnamələrin, daxili qaydaların və digər korporativ sənədlərin hazırlanması Əmək müqavilələrinin, əmrlərin, vəzifə təlimatlarının, məxfilik və maddi məsuliyyət sənədlərinin hazırlanması və əmək münasibətləri üzrə hüquqi dəstəyin göstərilməsi Əcnəbi əməkdaşlar üçün iş icazəsinin, müvəqqəti yaşama icazəsinin və olduğu yer üzrə qeydiyyatın alınması, uzadılması və ləğvi proseslərinin aparılması Dövlət Miqrasiya Xidməti və digər aidiyyəti dövlət qurumları ilə yazışmaların və müraciətlərin hazırlanması, sənədlərin təqdim edilməsinin təşkili Pretenziya məktublarının, rəsmi sorğuların, cavab məktublarının, ərizə və digər hüquqi yazışmaların hazırlanması Müştərilərə korporativ, müqavilə, əmək və miqrasiya hüququ üzrə gündəlik hüquqi məsləhət və operativ dəstəyin göstərilməsi Hüquqi audit və due diligence proseslərində iştirak edilməsi, hüquqi uyğunsuzluqların və risklərin müəyyən olunaraq hesabatlaşdırılması Qanunvericilikdəki dəyişikliklərin, tapşırıqların və hüquqi müddətlərin izlənilməsi, görülmüş işlər üzrə hesabatların hazırlanması İş şəraiti İş qrafiki: 09:00-18:00 İş günləri: Həftədə 5 gün Əmək haqqı: Namizədin bilik və iş təcrübəsinə uyğun olaraq müsahibə əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
Requirements
- Ali hüquq təhsili Korporativ və ya kommersiya hüququ sahəsində minimum 3 il iş təcrübəsi Mülki, müqavilə, korporativ, əmək və miqrasiya qanunvericiliyi üzrə güclü nəzəri və praktiki biliklər Müqavilə və digər hüquqi sənədlərin müstəqil hazırlanması, təhlili və hüquqi risklərin düzgün qiymətləndirilməsi bacarığı Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət, Microsoft Office proqramları, elektron hökumət portalları və dövlət qurumlarının elektron informasiya sistemləri ilə işləmək bacarığı Məhkəmə və mübahisələrin həlli sahəsində iş təcrübəsi üstünlükdür Şəxsi bacarıqlar Analitik və hüquqi düşünmə, məlumatları sistemləşdirmə və əsaslandırılmış nəticə çıxarma bacarığı Yüksək yazılı və şifahi kommunikasiya, danışıqlar aparmaq və hüquqi mövqeni aydın təqdim etmək bacarığı Detallara diqqət, dəqiqlik və sənədlərlə işləyərkən yüksək məsuliyyət Tapşırıqları prioritetləşdirmək, son müddətlərə riayət etmək və düzgün zaman idarəetməsi Məxfilik prinsiplərinə riayət, təşəbbüskarlıq və komanda ilə işləmək bacarığı Biz sizə
Why join us?
- ? Müxtəlif sahələr üzrə yerli və beynəlxalq korporativ layihələrdə iştirak imkanı Müqavilə, korporativ, əmək və miqrasiya hüququ üzrə praktiki biliklərin davamlı inkişafı Peşəkar hüquq komandası ilə işləmək və daxili təlimlərdə iştirak etmək imkanı Stabil, peşəkar və inkişafyönümlü korporativ iş mühiti Bilik və nəticələrə əsaslanan karyera inkişafı perspektivləri Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Korporativ hüquqşünas” qeyd etməklə