NK
İnformasiya Təhlükəsizliyi üzrə Mütəxəssis / Kiçik Mütəxəssis
NBCO KredAqro
Vəzifə haqqında Şirkətimiz informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi və kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsi istiqamətində komandamıza qoşulacaq məsuliyyətli və inkişaf yönümlü İnformasiya Təhlükəsizliyi üzrə Mütəxəssis / Kiçik Mütəxəssis axtarır. Qeyd: Namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq vəzifə səviyyəsi (Kiçik Mütəxəssis və ya Mütəxəssis) müəyyən ediləcək. Əsas
Responsibilities
- İnformasiya təhlükəsizliyi siyasət və prosedurlarının icrasında iştirak etmək.
- İnformasiya təhlükəsizliyi insidentlərini izləmək, qeydiyyata almaq, araşdırmaq və nəticələri barədə hesabat hazırlamaq.
- İstifadəçilərin informasiya sistemlərinə giriş hüquqlarının idarə edilməsində iştirak etmək.
- Server, şəbəkə və informasiya sistemlərinin təhlükəsizlik vəziyyətini monitorinq etmək.
- SIEM, EDR, DLP, Antivirus və digər təhlükəsizlik həllərinin gündəlik monitorinqini həyata keçirmək.
- Təhlükəsizlik zəifliklərinin müəyyən edilməsi və aradan qaldırılması prosesində iştirak etmək.
- Təhlükəsizlik üzrə audit və yoxlamalara hazırlıq işlərində iştirak etmək.
- İnformasiya təhlükəsizliyi üzrə daxili sənədlərin hazırlanmasına və yenilənməsinə dəstək vermək.
- İşçilərin informasiya təhlükəsizliyi üzrə maarifləndirilməsi tədbirlərində iştirak etmək.
- Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqları yerinə yetirmək.
Requirements
- Təhsil İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Kibertəhlükəsizlik və ya əlaqəli sahə üzrə ali təhsil.
- İş təcrübəsi Kiçik Mütəxəssis vəzifəsi üçün 1 il müvafiq sahədə iş təcrübəsi arzuolunandır.
- Mütəxəssis vəzifəsi üçün informasiya təhlükəsizliyi və ya informasiya texnologiyaları sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.
- Bilik və bacarıqlar İnformasiya təhlükəsizliyinin əsas prinsipləri üzrə biliklər.
- Windows və Linux əməliyyat sistemləri üzrə baza və ya orta səviyyəli biliklər.
- TCP/IP, DNS, DHCP, VPN, Firewall və digər şəbəkə texnologiyaları üzrə anlayış.
- Active Directory və istifadəçi hüquqlarının idarə olunması üzrə biliklər.
- SIEM, EDR, DLP, IDS/IPS və digər təhlükəsizlik həlləri barədə ümumi anlayış.
- Risklərin qiymətləndirilməsi və təhlükəsizlik insidentlərinin idarə olunması üzrə biliklər üstünlükdür.
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
- Azərbaycan dilində sərbəst, ingilis və rus dillərini bilmək üstünlük hesab olunur.
- Sertifikatlar (üstünlükdür) CompTIA Security+ ISO/IEC 27001 Foundation Cisco CCNA Microsoft SC-900 Security, Compliance and Identity Fundamentals CEH (Certified Ethical Hacker) – üstünlük hesab olunur.
- Şəxsi keyfiyyətlər Analitik düşünmə qabiliyyəti.
- Məsuliyyətli və diqqətli olmaq.
- Məxfi məlumatlarla işləmək bacarığı.
- Operativ qərar qəbul etmə bacarığı.
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
- Öyrənməyə açıq olmaq və peşəkar inkişaf istəyi.
- Stressə davamlı və nəticəyönümlü olmaq.
- İş şəraiti Tam ştat.
- 5 günlük iş qrafiki.
- Rəqabətqabiliyyətli əməkhaqqı.
- Təlim və sertifikatlaşma imkanları.
- Karyera inkişafı perspektivi.
- Peşəkar və dinamik iş mühiti.
- Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .