Вакансии
NK

İnformasiya Təhlükəsizliyi üzrə Mütəxəssis / Kiçik Mütəxəssis

NBCO KredAqro

Vəzifə haqqında Şirkətimiz informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi və kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsi istiqamətində komandamıza qoşulacaq məsuliyyətli və inkişaf yönümlü İnformasiya Təhlükəsizliyi üzrə Mütəxəssis / Kiçik Mütəxəssis axtarır. Qeyd: Namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq vəzifə səviyyəsi (Kiçik Mütəxəssis və ya Mütəxəssis) müəyyən ediləcək. Əsas

Должностные обязанности

  • İnformasiya təhlükəsizliyi siyasət və prosedurlarının icrasında iştirak etmək.
  • İnformasiya təhlükəsizliyi insidentlərini izləmək, qeydiyyata almaq, araşdırmaq və nəticələri barədə hesabat hazırlamaq.
  • İstifadəçilərin informasiya sistemlərinə giriş hüquqlarının idarə edilməsində iştirak etmək.
  • Server, şəbəkə və informasiya sistemlərinin təhlükəsizlik vəziyyətini monitorinq etmək.
  • SIEM, EDR, DLP, Antivirus və digər təhlükəsizlik həllərinin gündəlik monitorinqini həyata keçirmək.
  • Təhlükəsizlik zəifliklərinin müəyyən edilməsi və aradan qaldırılması prosesində iştirak etmək.
  • Təhlükəsizlik üzrə audit və yoxlamalara hazırlıq işlərində iştirak etmək.
  • İnformasiya təhlükəsizliyi üzrə daxili sənədlərin hazırlanmasına və yenilənməsinə dəstək vermək.
  • İşçilərin informasiya təhlükəsizliyi üzrə maarifləndirilməsi tədbirlərində iştirak etmək.
  • Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqları yerinə yetirmək.

Требования

  • Təhsil İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Kibertəhlükəsizlik və ya əlaqəli sahə üzrə ali təhsil.
  • İş təcrübəsi Kiçik Mütəxəssis vəzifəsi üçün 1 il müvafiq sahədə iş təcrübəsi arzuolunandır.
  • Mütəxəssis vəzifəsi üçün informasiya təhlükəsizliyi və ya informasiya texnologiyaları sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.
  • Bilik və bacarıqlar İnformasiya təhlükəsizliyinin əsas prinsipləri üzrə biliklər.
  • Windows və Linux əməliyyat sistemləri üzrə baza və ya orta səviyyəli biliklər.
  • TCP/IP, DNS, DHCP, VPN, Firewall və digər şəbəkə texnologiyaları üzrə anlayış.
  • Active Directory və istifadəçi hüquqlarının idarə olunması üzrə biliklər.
  • SIEM, EDR, DLP, IDS/IPS və digər təhlükəsizlik həlləri barədə ümumi anlayış.
  • Risklərin qiymətləndirilməsi və təhlükəsizlik insidentlərinin idarə olunması üzrə biliklər üstünlükdür.
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
  • Azərbaycan dilində sərbəst, ingilis və rus dillərini bilmək üstünlük hesab olunur.
  • Sertifikatlar (üstünlükdür) CompTIA Security+ ISO/IEC 27001 Foundation Cisco CCNA Microsoft SC-900 Security, Compliance and Identity Fundamentals CEH (Certified Ethical Hacker) – üstünlük hesab olunur.
  • Şəxsi keyfiyyətlər Analitik düşünmə qabiliyyəti.
  • Məsuliyyətli və diqqətli olmaq.
  • Məxfi məlumatlarla işləmək bacarığı.
  • Operativ qərar qəbul etmə bacarığı.
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
  • Öyrənməyə açıq olmaq və peşəkar inkişaf istəyi.
  • Stressə davamlı və nəticəyönümlü olmaq.
  • İş şəraiti Tam ştat.
  • 5 günlük iş qrafiki.
  • Rəqabətqabiliyyətli əməkhaqqı.
  • Təlim və sertifikatlaşma imkanları.
  • Karyera inkişafı perspektivi.
  • Peşəkar və dinamik iş mühiti.
  • Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .
Назад