AI üzrə mütəxəssis
Təsvir Dövlət qurumları tərəfindən təqdim olunan AI əsaslı layihə və təşəbbüslərin texniki və arxitektur qiymətləndirilməsi; AI həllərinin vahid rəqəmsal hökumət arxitekturasına uyğunluğunun təmin edilməsi; AI layihələri üzrə texnologiya seçimi, tətbiq ssenariləri və arxitektur yanaşmaların formalaşdırılması; Məlumat, model, inteqrasiya, təhlükəsizlik və etik istifadə tələbləri baxımından Aİ həllərinin təhlili; Dövlət qurumlarının AI əsaslı həllərinin məqsədəuyğunluq baxımından qiymətləndirilməsi; AI layihələri üzrə risklərin, məhdudiyyətlərin və tətbiq imkanlarının müəyyənləşdirilməsi; AI həlləri üzrə metodoloji yanaşmaların, tövsiyələrin və baza prinsiplərinin hazırlanması; Mövcud platformalar və yeni AI təşəbbüsləri arasında uyğunluğun təmin edilməsi; Dövlət qurumlarına AI həllərinin seçimi və tətbiqi üzrə metodoloji və əməli dəstəyin göstərilməsi; AI sahəsində müvafiq araşdırmaların aparılması və nəticələrinin sənədləşdirilməsi.
Требования
- Süni intellekt, kompüter elmləri, informasiya texnologiyaları, data science və ya əlaqəli sahədə ali təhsil;
- AI/ML həlləri, data platformaları və ya analitik sistemlər sahəsində minimum 4 il iş təcrübəsi;
- Machine Learning, Generative AI, NLP, LLM, RAG və əlaqəli yanaşmalar üzrə bilik və təcrübə;
- Python və müvafiq AI/ML kitabxanaları ilə işləmə təcrübəsi;
- Məlumatların hazırlanması, keyfiyyəti, modelin qiymətləndirilməsi və tətbiqi üzrə biliklər;
- AI həllərinin inteqrasiyası, API-lər və mikroservis yanaşması üzrə anlayış;
- Bulud və ya on-premises Aİ yerləşdirmə modelləri üzrə təcrübə üstünlükdür;
- AI təhlükəsizliyi, məlumat məxfiliyi və etik istifadə prinsipləri üzrə biliklər;
- Texniki sənədləşdirmə, təhlil və tövsiyə sənədlərinin hazırlanması bacarığı;
- Mürəkkəb AI həllərinin biznes və dövlət kontekstində izah edilməsi bacarığı;
- Analitik düşüncə, araşdırma və problem həll etmə bacarıqları;
- Komanda ilə işləmə və effektiv kommunikasiya qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır);
- Dövlət sektoru, böyük həcmli məlumatlar və ya tənzimlənən sahələr üzrə təcrübə üstünlükdür.
- Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər