Вакансии
"H

Data Mühəndisi / Biznes Məlumatlarının İntellektual Emalı (Bİ) və Data Mühəndisliyi Mərkəzi

"Azərbaycan Hava Yolları" QSC

Təsvir

Məlumatların toplanması və hazırlanması: Python vasitəsilə müxtəlif mənbələrdən (API, fayllar, verilənlər bazaları) məlumatların toplanmasında iştirak etmək, ilkin təmizləmə və strukturlaşdırma proseslərini icra etmək; Məlumatların köçürülməsi: Mövcud ETL proseslərindən istifadə edərək məlumatların mənbə sistemlərdən hədəf sistemlərə ötürülməsini təmin etmək və proseslərin düzgün işləməsinə nəzarət etmək; Avtomatlaşdırma dəstəyi: ETL və məlumat köçürülməsi proseslərinin avtomatlaşdırılmasında iştirak etmək və mövcud skriptlərin dəstəklənməsini təmin etmək; Data pipeline-larla iş: Mövcud data pipeline və data flow-ların işlək vəziyyətdə saxlanmasına dəstək olmaq, dəyişikliklər və optimallaşdırmalar həyata keçirmək; Verilənlər bazası əməliyyatları: SQL sorğuları yazmaq, məlumatların əlavə olunması, yenilənməsi və silinməsi üzrə əməliyyatları icra etmək; Məlumat keyfiyyətinin yoxlanılması: Məlumatların düzgünlüyünü və bütövlüyünü yoxlamaq, aşkar olunan problemlərin aradan qaldırılmasında iştirak etmək; Monitorinq və problemlərin həlli: Data pipeline və ETL proseslərində yaranan xətaları izləmək və onların aradan qaldırılmasına dəstək göstərmək.

Требования

  • Təhsil səviyyəsi: Ali (Bakalavr); Data Mühəndisliyi sahəsində minimum 2 il iş təcrübəsi; Tələb olunan Proqram Bilikləri: Python,MSSQL,Oracle SQL ,ETL tools ; Problemi həll etmə, analitik düşünmə bacarığı; Komanda ilə işləmə bacarığı; Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı; Danışıqların aparılması bacarığı; Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri; Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı; Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi; Təqdimat bacarıqları; Dəyişikliklərə uyğunlaşmaq bacarığı; Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək); Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( orta texniki) İş qrafiki: Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət) İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
Назад
"H
Data Mühəndisi / Biznes Məlumatlarının İntellektual Emalı (Bİ) və Data Mühəndisliyi Mərkəzi
"Azərbaycan Hava Yolları" QSC
Откликнуться
Опубликовано: 23 июля 2026
Дедлайн: 01 августа 2026
Страна Азербайджан
Город Баку
ID источника 48975
Просмотры 14

Detail.Share