KH
Data mühəndisi (junior/middle)
Kontakt Home
Təsvir
Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması, BI layihələrinin tətbiqində iştirak edilməsi; Data warehouse-ları və data mart-ların dizayn edilməsi, modelləşdirilməsi, optimallaşdırılması və onlara dəstək xidmət verilməsi; Müxtəlif məlumat bazalarından və sistemlərindən (mənbələrdən) məlumatların toplanılması, çevrilməsi və BI alətlərində istifadə üçün hazır vəziyyətə gətirilməsi; ETL və digər data mühəndisliyi alətlərinin konfiqurasiya edilməsi və onlara dəstək xidmətləri verilməsi; Riyazi və statistik üsullardan istifadə edərək bütün növ əməliyyatlar üzrə məlumatların təhlil olunması. İş şəraiti: İş günləri: I-V günlər; İş saatı: 09:00-18:00.
Требования
- Ali təhsil, informasiya texnologiyaları, kompüter elmləri, tətbiqi riyaziyyat, mühəndislik və ya əlaqəli sahə üzrə təhsil arzuolunandır; Data mühəndisliyi sahəsində minimum 2 il iş təcrübəsi; OLTP və OLAP sistemlərinin iş prinsipləri, fərqləri və tətbiq sahələri üzrə biliklər; ETL/ELT proseslərinin hazırlanması, optimallaşdırılması və dəstəklənməsi üzrə praktiki təcrübə; Data pipeline-ların qurulması, monitorinqi və nasazlıqların aradan qaldırılması üzrə bilik və bacarıqlar; ETL alətləri ilə iş təcrübəsi; SQL Server Integration Services üzrə bilik və praktiki təcrübə üstünlük hesab olunur; SQL Server Analysis Services ilə işləmə, analitik modellərin yaradılması və dəstəklənməsi üzrə biliklər; dbt vasitəsilə məlumatların transformasiyası, modelləşdirilməsi və sənədləşdirilməsi üzrə biliklər; Python proqramlaşdırma dili ilə məlumatların emalı, avtomatlaşdırma və skriptlərin hazırlanması bacarığı; SQL üzrə yaxşı biliklər, mürəkkəb sorğuların yazılması, optimallaşdırılması və performans problemlərinin təhlili bacarığı; DAX üzrə biliklər, analitik hesabatlar və ölçülərin yaradılması təcrübəsi üstünlükdür; Data warehouse, data mart, star schema, snowflake schema və məlumat modelləşdirilməsi konsepsiyaları üzrə anlayış; Verilənlərin keyfiyyətinə nəzarət, validasiya və məlumat uyğunluğunun təmin edilməsi üzrə biliklər; Verilənlər bazası strukturlarının, cədvəllərin, view-ların, stored procedure-ların və indekslərin iş prinsipləri üzrə anlayış; BI və hesabatlılıq komandaları ilə işləmək, analitik tələbləri texniki həllərə çevirmək bacarığı; Texniki sənədləşdirmə aparmaq, data modelləri və data axınlarını sənədləşdirmək bacarığı; Analitik düşünmə, problem həlletmə, diqqətlilik və nəticəyönümlü işləmə bacarığı; Komandada işləmək, kommunikasiya və prioritetləşdirmə bacarığı.