AM
İnformasiya sistemləri üzrə mühəndis
AzInTelecom MMC
Təsvir
İstifadəçilərə və aidiyyəti struktur bölmələrə texniki məsləhət və metodoloji dəstəyin göstərilməsi. İnformasiya sistemlərinin və İT infrastrukturunun texniki qiymətləndirilməsinin həyata keçirilməsi; Verilənlər bazaları və tətbiq sistemlərinin fəaliyyətinin təhlili və optimallaşdırılması; Yeni informasiya sistemlərinin tətbiqi, sınaqdan keçirilməsi, inteqrasiyası və istismara verilməsi proseslərində iştirak edilməsi; İT infrastrukturuna aid texniki sənədlərin, istismar prosedurlarının, istifadəçi təlimatlarının və sistem sənədlərinin hazırlanması və mütəmadi yenilənməsi;
Требования
- Verilənlər bazalarının təhlili üzrə dərin bilik; Verilənlər bazalarının modelləşdirilməsi, optimallaşdırılması və məhsuldarlığının artırılması prinsipləri; İnformasiya sistemlərinin arxitekturası və qarşılıqlı inteqrasiya prinsipləri; Java proqramlaşdırma dili, HTML və CSS üzrə baza bilikləri; Microsoft Office proqram paketindən, xüsusilə Excel proqramının analitik funksiyalarından peşəkar istifadə bacarığı; Server, verilənlər bazası və informasiya sistemlərinin istismarı, monitorinqi və texniki dəstəyi sahəsində iş təcrübəsi; Böyük həcmli məlumatların emalı, strukturlaşdırılması, optimallaşdırılması və təhlili üzrə praktiki bilik və bacarıqlar; İnformasiya sistemlərinin tətbiqi, modernləşdirilməsi və texniki layihələrin icrasında iştirak təcrübəsi; Texniki sənədlərin, sistem arxitekturasına dair sənədlərin və istismar sənədlərinin hazırlanması bacarığı; Analitik və sistemli düşünmə qabiliyyəti; Mürəkkəb texniki problemləri təhlil etmək və optimal həll variantları hazırlamaq bacarığı; Dəyişən texnoloji mühitə operativ uyğunlaşmaq və yeni texnologiyaları mənimsəmək bacarığı; Yüksək məsuliyyətlilik, nəticəyönümlülük və təşəbbüskarlıq; Komandada əməkdaşlıq və funksiyalararası koordinasiya bacarığı; Effektiv yazılı və şifahi kommunikasiya bacarığı; Texniki sənədlərin yüksək keyfiyyətlə hazırlanması və təqdim edilməsi bacarığı; Vaxtın səmərəli idarə olunması və prioritetlərin düzgün müəyyənləşdirilməsi; Detallara diqqət, sistemli yanaşma və keyfiyyət standartlarına riayət etmək bacarığı.