Вакансии
B"

İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis

BOKT "Embafinans" QSC

Təsvir

· İnformasiya təhlükəsizliyi siyasətləri, prosedurları və daxili nəzarət tələblərinin icrasında iştirak etmək; · SIEM, EDR/XDR, Firewall, WAF, DLP, PAM və digər təhlükəsizlik həlləri üzrə hadisələri izləmək və ilkin analiz aparmaq; · Təhlükəsizlik insidentlərini araşdırmaq, eskalasiya etmək, sənədləşdirmək və nəticələr üzrə hesabat hazırlamaq; · İstifadəçi giriş hüquqlarının, imtiyazlı hesabların və sistem icazələrinin mütəmadi monitorinqini aparmaq; · Access review və privilege management proseslərində iştirak etmək; · Vulnerability scan nəticələrini təhlil etmək, aşkar edilmiş zəiflikləri risk səviyyəsinə görə prioritetləşdirmək; · Zəifliklərin aradan qaldırılması üzrə texniki komandalarla koordinasiya aparmaq və zəifliklərin aradan qaldırılması prosesini izləmək; · Logların monitorinqini aparmaq, şübhəli fəaliyyətləri müəyyən etmək və əlaqəli komandalarla araşdırmaq; · DLP və məlumat sızmasının qarşısının alınması üzrə nəzarət proseslərində iştirak etmək; · Phishing, sosial mühəndislik, parol təhlükəsizliyi və məxfi məlumatlarla davranış mövzularında maarifləndirmə tədbirlərində iştirak etmək; · Daxili və xarici auditlər zamanı informasiya təhlükəsizliyi ilə bağlı tələb olunan məlumatların hazırlanmasına dəstək vermək; · İnformasiya təhlükəsizliyi üzrə görülən işlər, aşkarlanan risklər və görülmüş tədbirlər barədə hesabatlar hazırlamaq.

Требования

  • İnformasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahə üzrə ali təhsil; · İnformasiya təhlükəsizliyi və ya İT sahəsində minimum 1 il iş təcrübəsi; · Şəbəkə təhlükəsizliyi, əməliyyat sistemləri, Active Directory, log analizi və giriş nəzarəti üzrə biliklər; · SIEM, EDR/XDR, Firewall, WAF, DLP, PAM və vulnerability management həlləri üzrə biliklər; · Windows və Linux əməliyyat sistemləri üzrə əsas təhlükəsizlik bilikləri; · TCP/IP, DNS, DHCP, VPN, HTTP/HTTPS, SMTP kimi əsas şəbəkə protokolları üzrə biliklər; · Təhlükəsizlik insidentlərinin ilkin analizi və eskalasiyası bacarığı; · Vulnerability scan nəticələrinin təhlili və aşkarlanmış zəifliklərin aradan qaldırılması prosesini izləmək bacarığı · Access review, privilege management və istifadəçi hüquqlarının idarə olunması üzrə biliklər; · Awareness, phishing simulation və istifadəçi maarifləndirilməsi prosesləri barədə biliklər; · ISO/IEC 27001, NIST, CIS Controls və ya digər informasiya təhlükəsizliyi standartları barədə ümumi anlayış; · Sənədləşdirmə, hesabat hazırlama və analitik düşünmə bacarığı; · Azərbaycan dili üzrə səlis yazılı və şifahi ünsiyyət bacarığı; · İngilis dili üzrə texniki sənədləri oxuma və anlama bacarığı; · Komanda ilə işləmək, məsuliyyətlilik və detallara diqqət yetirmək bacarığı. Üstünlük hesab olunur · SIEM, EDR/XDR, DLP, WAF, PAM və ya SOAR həlləri ilə praktiki iş təcrübəsi; · Vulnerability scanner alətləri ilə işləmə bacarığı; · PowerShell, Python və ya Bash üzrə sadə skript yazmaq bacarığı; · API, webhook və inteqrasiya məntiqi üzrə ilkin anlayış; · ISO/IEC 27001, Security+, CEH, CySA+ və ya oxşar sertifikatlar; · Security awareness və phishing simulation layihələrində iştirak təcrübəsi.
Назад