İnfrastruktur Arxitekti
Təsvir
Dövlət layihələri və təşəbbüsləri üzrə infrastruktur arxitekturasının qiymətləndirilməsi və istiqamətləndirilməsi; Bulud, hibrid və on-premises mühitlər üçün vahid yanaşma və prinsiplərin formalaşdırılması; Hökumət Buludunun təkmilləşdirilməsi üzrə təklif və həllərin hazırlanması; Layihələrdə təqdim olunan infrastruktur dizaynlarının tələblərə uyğunluğunun qiymətləndirilməsi; Yüksək əlçatanlıq və fəlakətdən bərpa yanaşmaları üzrə ümumi standartların hazırlanması; Mərkəzi komponentlərin və platformaların infrastruktur arxitekturasının hazırlanması; Monitorinq, loglama və müşahidəolunurluq üzrə minimum tələblərin müəyyənləşdirilməsi; İnfrastruktur resurslarından səmərəli istifadə və əməliyyat xərclərinin optimallaşdırılması üzrə tövsiyələrin verilməsi; Vendor lock-in risklərinin azaldılması üçün yanaşmaların hazırlanması; İnfrastruktur uyğunluğu üzrə minimum tələblərin və yoxlama siyahılarının formalaşdırılması; Texnoloji yeniliklərin izlənilməsi və infrastruktur/platforma radarının yenilənməsi; Dövlət qurumlarına infrastruktur və platforma arxitekturası üzrə metodoloji və əməli dəstək göstərilməsi.
Требования
- İnformasiya texnologiyaları, kompüter mühəndisliyi, sistem mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil; İnfrastruktur, sistem və ya platforma arxitekturası sahəsində 5+ il iş təcrübəsi; Bulud, hibrid və on-premises infrastrukturların layihələndirilməsi və idarə olunması üzrə təcrübə; Virtualizasiya, konteynerizasiya və orkestrasiya texnologiyaları üzrə bilik və təcrübə; Docker, Kubernetes və əlaqəli infrastruktur komponentləri üzrə praktik bilik; Şəbəkə, təhlükəsizlik, yük balanslama, yüksək əlçatanlıq və fəlakətdən bərpa həlləri üzrə biliklər; Monitorinq, loglama və observability alətləri ilə işləmə təcrübəsi; Linux serverləri, avtomatlaşdırma və infrastrukturun kod kimi idarə olunması yanaşmaları üzrə biliklər; Bulud platformaları üzrə biliklər üstünlükdür; İnfrastruktur dizaynı, texniki sənədləşdirmə və yoxlama yanaşmaları üzrə təcrübə; Vendor lock-in riskləri, miqyaslana bilmə və resurs optimallaşdırılması məsələləri üzrə anlayış; Analitik düşüncə, problem həll etmə və sistemli yanaşma bacarığı; Komanda ilə işləmə və müxtəlif maraqlı tərəflərlə koordinasiya qurmaq qabiliyyəti; Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır); Dövlət sektoru və ya iri miqyaslı infrastruktur layihələrində təcrübə üstünlükdür.