Вакансии
İV

İnfrastruktur Arxitekti

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Təsvir Dövlət layihələri və təşəbbüsləri üzrə infrastruktur arxitekturasının qiymətləndirilməsi və istiqamətləndirilməsi; Bulud, hibrid və on-premises mühitlər üçün vahid yanaşma və prinsiplərin formalaşdırılması; Hökumət Buludunun təkmilləşdirilməsi üzrə təklif və həllərin hazırlanması; Layihələrdə təqdim olunan infrastruktur dizaynlarının tələblərə uyğunluğunun qiymətləndirilməsi; Yüksək əlçatanlıq və fəlakətdən bərpa yanaşmaları üzrə ümumi standartların hazırlanması; Mərkəzi komponentlərin və platformaların infrastruktur arxitekturasının hazırlanması; Monitorinq, loglama və müşahidəolunurluq üzrə minimum tələblərin müəyyənləşdirilməsi; İnfrastruktur resurslarından səmərəli istifadə və əməliyyat xərclərinin optimallaşdırılması üzrə tövsiyələrin verilməsi; Vendor lock-in risklərinin azaldılması üçün yanaşmaların hazırlanması; İnfrastruktur uyğunluğu üzrə minimum tələblərin və yoxlama siyahılarının formalaşdırılması; Texnoloji yeniliklərin izlənilməsi və infrastruktur/platforma radarının yenilənməsi; Dövlət qurumlarına infrastruktur və platforma arxitekturası üzrə metodoloji və əməli dəstək göstərilməsi.

Требования

  • İnformasiya texnologiyaları, kompüter mühəndisliyi, sistem mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil;
  • İnfrastruktur, sistem və ya platforma arxitekturası sahəsində 5+ il iş təcrübəsi;
  • Bulud, hibrid və on-premises infrastrukturların layihələndirilməsi və idarə olunması üzrə təcrübə;
  • Virtualizasiya, konteynerizasiya və orkestrasiya texnologiyaları üzrə bilik və təcrübə;
  • Docker, Kubernetes və əlaqəli infrastruktur komponentləri üzrə praktik bilik;
  • Şəbəkə, təhlükəsizlik, yük balanslama, yüksək əlçatanlıq və fəlakətdən bərpa həlləri üzrə biliklər;
  • Monitorinq, loglama və observability alətləri ilə işləmə təcrübəsi;
  • Linux serverləri, avtomatlaşdırma və infrastrukturun kod kimi idarə olunması yanaşmaları üzrə biliklər;
  • Bulud platformaları üzrə biliklər üstünlükdür;
  • İnfrastruktur dizaynı, texniki sənədləşdirmə və yoxlama yanaşmaları üzrə təcrübə;
  • Vendor lock-in riskləri, miqyaslana bilmə və resurs optimallaşdırılması məsələləri üzrə anlayış;
  • Analitik düşüncə, problem həll etmə və sistemli yanaşma bacarığı;
  • Komanda ilə işləmə və müxtəlif maraqlı tərəflərlə koordinasiya qurmaq qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır);
  • Dövlət sektoru və ya iri miqyaslı infrastruktur layihələrində təcrübə üstünlükdür.
  • Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər
Назад