Вакансии
LE

Texniki dəstək üzrə kiçik mütəxəssis

Landau Education Group

Təsvir Kompüter, noutbuk, printer, skaner, proyektor və digər ofis avadanlıqlarının ilkin texniki dəstəyinin göstərilməsi, təmiri və davamlı fəaliyyətinin təmin edilməsi; Satınalınmış yeni avadanlıqların struktur bölmələr üzrə bölüşdürülməsi, quraşdırılması, konfiqurasiyası və istismara verilməsi; Avadanlıqların diaqnostikasının aparılması və mümkün hallarda nasaz komponentlərin dəyişdirilməsi; Şəbəkə printerlərinin quraşdırılması, istifadəçilərin qoşulması, printer, faks və surətçıxaran aparatlara texniki xidmətin göstərilməsi; İşçi stansiyalarının, müxtəlif lokasiyalarda istismarda olan kompüter, server və şəbəkə avadanlıqlarının fəaliyyətinə profilaktik nəzarət edilməsi; İstifadəçilərdən (və digər struktur bölmələrdən) daxil olan texniki sorğuların qəbulu, Ticketing sistemi vasitəsilə qeydiyyatı, prioritetləşdirilməsi və prosedur qaydalara uyğun müddət çərçivəsində həlli; Müəssisəyə aid lokasiyalarda istifadəçi problemlərinin yerində və ya şirkət daxili istismar olunan remote access (uzaqdan qoşulma) vasitəsilə məsafədən operativ həlli; Əməliyyat sistemləri, proqram təminatları, həmçinin Outlook, Teams, OneDrive və digər korporativ tətbiqlərlə bağlı dəstəyin göstərilməsi; Həlli əlavə ekspertiza tələb edən mürəkkəb problemlərin sistem inzibatçıları və ya aidiyyatı əməkdaşlara eskalasiya edilməsi.

Требования

  • İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahələr üzrə ali ixtisas təhsili;
  • Texniki dəstək və ya Helpdesk sahəsində minimum 1 il iş təcrübəsi;
  • Təcrübə proqramlarında, könüllü layihələrdə və ya laborator mühitlərdə əldə olunmuş praktiki təcrübə (üstünlükdür).
  • Azərbaycan dili yüksək səviyyədə, ingilis dili texniki sənədləri oxuma və anlama bacarığı arzuolunandır, rus dili arzuolunandır;
  • Windows 10 və Windows 11 əməliyyat sistemlərinin quraşdırılması, konfiqurasiyası və problemlərinin həlli;
  • Microsoft Office və Microsoft Outlook proqramları ilə işləmə və problemlərin həlli bilikləri;
  • TCP/IP, DNS, DHCP və şəbəkə əsasları üzrə ilkin bilikləri;
  • LAN və Wi-Fi problemlərinin diaqnostikası, həmçinin əsas diaqnostika alətlərindən istifadə bacarığı;
  • Sahə üzrə beynəlxalq sertifikatların olması üstünlükdür ( CompTIA A+ / CompTIA Network+ , Microsoft 365 Fundamentals (MS-900) / Azure Fundamentals (AZ-900).
  • Biz

Почему мы?

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki: 8:00-17:00/09:00-18:00 (həftədə 5 dəfə);
  • İş yeri: Bayıl (servis mövcuddur);
  • Həyat yığım sığortası;
  • Könüllü tibbi sığorta;
  • Push30 proqramından 75 % endirim ilə istifadə etmək imkanı;
  • Landau School-da uşaqların təhsilində xüsusi endirimlər;
  • Korporativ təlimlərə qatılma imkanı.
  • Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
  • Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər
Назад